10.11.2020

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən

Cari il sentyabr ayının 27-də Ermənistanın hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələnmiş və Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən bəyanat imzalanmışdır.

Bu tarixi Qələbəni xalqımıza bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevi və müzəffər Azərbaycan Ordusunu təbrik edirik.

Yaşasın cənab Ali Baş Komandan! Yaşasın şanlı Azərbaycan Ordusu! Yaşasın mərd və yenilməz Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!

Sosial mediada paylaş:  
Bütün xəbərlər