10.11.2020

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətindən

2020-ci il 18 noyabr tarixində Rusiya tərəfinin təşkilatçılığı ilə videokonfrans formatında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin səkkizinci görüşünün keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun da iştirak edəcəyi həmin görüşdə COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısının  alınması təcrübəsindən irəli gələrək MDB məkanında yeni bioloji təhdidlərə qarşı mübarizə, müvafiq istiqamətdə dövlətlərarası qarşılıqlı fəaliyyət, süni intellekt və onun milli təhlükəsizliyin təmin olunmasında əhəmiyyəti, informasiya sahəsində yeni çağırış və təhdidlərə qarşı mübarizə və sair mövzularda müzakirələrin aparılması nəzərdə tutulur.