Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası milli təhlükəsizlik məsələləri üzrə məşvərətçi orqandır. Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi barədə təkliflər verir və digər funskiyaları yerinə yetirir.

Ətraflı oxu

Azərbaycan Respublikası

 

Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

Azərbaycan Respublikasının Ümumilli Lideri

Heydər Əliyev

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyinin möhkəmləndirilməsi Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti olan İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan öz tarixinin yeni inkişaf mərhələsini yaşayır.

Azərbaycan Respublikasının I Vitse Prezidenti

Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Azərbaycan Respublikasının ən ali ikinci dövlət vəzifəsidir. 2017-ci il fevralın 21-dən etibarən bu vəzifəni Azərbaycanın birinci xanımı Mehriban Əliyeva icra edir.