04.05.2023

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramovun  rəhbərlik etdiyi nümayəndə heyəti 2023-cü il mayın  2-də Azərbaycana səfərə gəlib. 

Mayın 3-də digər aidiyyəti dövlət qurumları nümayəndələrinin də iştirakı ilə ötən  il hər iki ölkənin  hökumətləri tərəfindən  imzalanmış  “Beynəlxalq  informasiya  təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş”in  müddəalarının həyata  keçirilməsinin  səmərəliliyinin artırılmasını  nəzərdə tutan müvafiq icra planının  razılaşdırılması  üzrə   məsləhətləşmələr   keçirilib.

Görüşdə   Azərbaycan  Respublikası  Təhlükəsizlik  Şurasının  katibi    Ramil  Usubov qonaqları  səmimi  salamlayaraq, ölkələrimiz  arasında   əməkdaşlıgın  bir  çox   sahələrdə uğurla  inkişaf  etdiyini, dövlət  başçıları - cənab  İlham Əliyevin və cənab Vladimir Putinin siyasi iradələrinə uyğun olaraq, strateji  tərəfdaşlıq  münasibətlərinin yeni mərhələyə qədəm qoydugunu,  əlaqələrin  inteqrasiyası  prosesində  təhlükəsizlik  fəaliyyətinin   önəmli   yer   tutduğunu   diqqətə  çatdırıb. 

Rusiya  Federasiyasının  Təhlükəsizlik  Şurası katibinin  müavini  Oleq  Xramov tədbirin və beynəlxalq informasiya təhlükəsizliyi sahəsində  birgə səylərin  əhəmiyyətini vurgulayıb, eyni zamanda, azərbaycanlı həmkarlarının günümüzün bu çox aktual probleminin həlli yolundakı dəyərli  fəaliyyətlərini  yüksək  qiymətləndirib.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və  səlahiyyətli  səfiri  Mixail Boçarnikov  da  iştirak  edib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının nümayəndə heyəti həmin gün  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət  edib.