Azərbaycan Respublikası Təhlükəsizlik Şurası

14.05.2025

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişlə görüşü keçirilmişdir

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov mayın 13-də ölkəmizdə  səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin  rəhbərlik etdiyi  nümayəndə heyəti ilə görüşmüşdür. 

Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edirdi.
R.Usubov  ümidvar oldugunu bildirmişdir ki, yeni məsul vəzifəsində  Baş katibin ölkəmizə ilk səfərinin, bugünkü tədbirin, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşün iki qardaş dövlət ərazisində əmin-amanlıgın və təhlükəsizliyin gücləndirilməsi işinə öz  töhfəsini verəcəkdir. 
Cənab Okay Memiş  müvafiq qurumlarımız arasında əlaqələrin  möhkəmlənməsi və daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, belə görüşlərin təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsində mühüm rol oynadıgını diqqətə çatdırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi  aparılmışdır. 
Nümayəndə heyətinin üzvləri  Ümummilli  Lider  Heydər  Əliyevin  məzarını, Şəhidlər  Xiyabanını və Türk  Şəhidliyi abidəsini  ziyarət  etmişlər. 





Çap et  Çap et